EN

Məktəblərdəki çətinliklərlə bağlı votsap nömrəsi istifadəyə verildi Sektor müdirindən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Rəqəmsal məktəb” platforması cari ilin fevral–mart aylarından etibarən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində pilot layihə kimi tətbiq olunmağa başlanılıb.

Bəs platformanın istifadəsində ortaya çıxan çətinliklər nələr olub? Layihənin əhatə dairəsi genişləndiriləcəkmi? 

Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin bu kimi suallarını Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova cavablandırıb. 

O bildirib ki, layihənin pilot tətbiqi dövründə təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulub, platformanın istifadəsində ortaya çıxan texniki və metodiki çətinliklərin aradan qaldırılması, eləcə də müəllimlərin platformadan istifadəyə hazırlığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib:

“Artıq yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən 353 ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tam istifadəyə verilib. Həmin məktəblərdə cari tədris ilindən etibarən kağız jurnallar istifadə olunmayacaq”.

Fidan Nəcəfova əlavə edib ki, hazırda platformada qeydiyyat prosesi uğurla başa çatıb: “Bütün məktəb rəhbərləri, direktorlar və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib. Şagirdlərin qeydiyyatı isə artıq 63 faiz təşkil edir. Bu gün təhsil müəssisələrində, fənn müəllimləri və sinif rəhbərləri platforma üzərindən dərs cədvəllərinin və şagird siyahılarının aktivləşdirilməsi istiqamətində işləri həyata keçirib, bu prosesdə Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi dəstək komandası formalaşdırılıb”.

Sektor müdiri onu da qeyd edib ki, məktəblərdə dərs cədvəllərinin təsdiqlənməsi, şagird siyahılarının dəqiqləşdirilməsi, fənn müəllimlərinin siniflərə təyin edilməsi zamanı yarana biləcək texniki və ya pedaqoji çətinliklərin aradan qaldırılması üçün dəstək qrupu təhsil müəssisələri ilə sıx ünsiyyətdədir:

“Bu istiqamətdə +994 51 206 78 48 whatsapp nömrəsi və 146-4 qaynar xətti istifadəyə verilib. Cari ayın sonuna qədər bu istiqamətdə bütün çətinliklərin aradan qaldırılması üçün işlər davam etdiriləcək. Son iki həftə ərzində ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün kütləvi təlimlər təşkil olunub. Təlimlərdə hər məktəbdən direktor, direktor müavini və bir müəllim olmaqla ölkə üzrə 1023 nəfər iştirak edib.

Təlimlərin əsas məqsədi yeni tədris ilinin başlanğıcında "Rəqəmsal məktəb" platformasından istifadə qaydalarının izahı və ilkin vacib əməliyyatların öyrədilməsi olub. İştirakçılara dərs cədvəlinin aktivləşdirilməsi, şagird siyahılarının sistemə daxil edilməsi və digər zəruri funksiyaların tətbiqi üzrə praktiki biliklər verilib.

Bundan əlavə, təlim iştirakçılarına əldə etdikləri bilik və bacarıqları öz məktəblərində digər müəllimlərlə bölüşmələri tapşırılıb. Bu yanaşma vasitəsilə bütün pedaqoji kollektivlərin yeni platformadan səmərəli istifadəsi təmin ediləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
redaktor.az

2Sources