“Bizim iki planımız var. Biri müharibəni bitirmək, digəri isə müharibənin xərclərini qarşılamaq üçün əlavə maliyyələşdirmə tapmaq. Bu müharibənin xərci, məsələn, bu gün üçün bir ilin qiyməti 120 milyard dollardır. 60-nı Ukraynabüdcəsi verir, digər 60-nı mən tapmalıyam. Ümid edirəm ki, biz bu müharibəni bitirəcəyik, amma hər halda, A planı – bitirmək, B planı – 120 milyardı təmin etməkdir”, – Zelenski vurğulayıb.
Ajans.az xəbər verir ki, bunu Zelenski bu gün Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.