EN

Asılılığın ən təhlükəli forması - Səhər siqareti

Səhər acqarına siqaret çəkmək bir çox insanın vərdişinə çevrilib. Bəziləri bunu günə başlamağın, yuxudan ayılmağın yolu kimi görür. Lakin tibbi araşdırmalar göstərir ki, məhz boş mədədə çəkilən siqaret, adi vaxtlara nisbətən orqanizmə daha çox zərər vurur. Nikotin qana daha sürətlə sorulur, mədə-bağırsaq sistemini, ürək-damar fəaliyyətini və ümumi sağlamlığı ciddi şəkildə sarsıdır. 

Yenisabah.az xəbər verir ki, bu səbəbdən həkimlər səhər siqaret vərdişini ən təhlükəli asılılıq formalarından biri hesab edirlər.

Mədə-bağırsaq sistemi üçün ziyan: Sezar pizza

Nikotin boş mədədə selikli qişanı qıcıqlandırır, turşuluğu artırır.

Qastrit, xora və reflüks xəstəliklərinin yaranma riskini yüksəldir.

Səhər ürəkbulanma, ağızda acı dad və qarında ağrı yarada bilər.

Ürək-damar sisteminə təsir:

Nikotin qana sürətlə qarışdığı üçün qan təzyiqini dərhal yüksəldir.

Sürətli ürək döyüntüləri (taxikardiya) və damarların daralmasına səbəb olur.

Uzun müddətdə infarkt və insult riskini artırır.

Ağız boşluğu və dişlər üçün ziyan:

Acqarına siqaret tüpürcək ifrazını azaldır, ağız quruluğu yaradır.

Diş ətləri zəifləyir, ağız qoxusu artır.

Asılılıq riski:

Səhər ilk iş olaraq siqaret çəkmək vərdişi nikotin asılılığını gücləndirir.

Orqanizm gün ərzində daha çox siqaret tələb etməyə başlayır.

Ümumi təsirləri:

Səhər siqareti beyni “süni” şəkildə oyadır, amma enerji əvəzinə əsəbilik və gərginlik yaradır.

Yuxarı tənəffüs yollarında selik ifrazını artırır, öskürək güclənir.

Yəni səhər acqarına siqaret çəkmək, siqaretin ümumi zərərlərini qat-qat artırır.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources