EN

Bakıda bloqerlərin təhlükəli yol macərası – DİN tədbir gördü

Bakıda yol hərəkəti qaydalarını pozaraq video çəkib paylaşan bloqerlər barəsində tədbir görülüb.

KONKRET.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.

***

Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.

KONKRET.az xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.

Chosen
32
8
konkret.az

10Sources