Bakı. Trend:
Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öztəsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindənbiri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdətədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərinresurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildəaparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə dəölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilinkeyfiyyətinə birbaşa təsir edən əsas faktorlardanbiridir.
Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatınecədir?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsilmüəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.
Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-iADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.
Təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlətəmin edilməsi təhsilə nə qazandırır?
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji UniversitetininTəhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəriKamran Əsədov Trend-ə bildirib ki, təhlil göstərir ki, təhsilmüəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıqsadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyətgöstəricilərindən biridir.
Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnızdərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsalresurslar, onlayn platformalar, distant dərslər, süni intellektəsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxışimkanları prosesin ayrılmaz hissəsidir:
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 11-cimaddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarınasərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki,internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.
Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin sonaçıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsilməktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub.Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdudsürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlikyaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektronjurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərqgələcəkdə bilik bərabərsizliyinə səbəb olur".
Kamran Əsədov qeyd edib ki, müsbət tərəfi ondan ibarətdir ki,yüksək sürətli internet dərs prosesində rəqəmsal platformalarınistifadəsini genişləndirir.
"Məsələn, elektron təhsil sistemləri, “Virtual Məktəb”platforması, beynəlxalq onlayn olimpiadalar və test banklarışagirdlərə daha geniş təcrübə qazandırır. Müəllimlər interaktivdərs resurslarından, simulyasiya və animasiyalardan istifadəetməklə şagirdlərin marağını artırır. Həmçinin distant təhsilimkanları yaranır ki, bu da xəstəlik, məcburi köç, hətta pandemiyaşəraitində belə tədrisin davamlılığını təmin edir.
Mənfi tərəfi isə ondan ibarətdir ki, internet bərabərsizlikləritəhsil bərabərsizliyinə gətirir. Əgər şəhər məktəbində şagird “KhanAcademy” və ya “Coursera” kimi resurslardan istifadə edirsə, kəndməktəbindəki şagird yalnız çap dərsliyilə kifayətlənirsə, nəticədətəhsil imkanları arasında uçurum yaranır. Ona görə də dövlətsiyasətində təkcə internetin olması yox, onun sürəti, dayanıqlığıvə əlçatanlığı əsas prioritet olmalıdır.
Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Sinqapurkimi ölkələrdə məktəblərin hər bir sinfi yüksək sürətli internetlətəchiz olunub. Estoniya hökuməti hətta 2001-ci ildən “Tiger Leap”proqramı çərçivəsində bütün məktəblərə internet gətirərək ölkənirəqəmsal təhsil mərkəzinə çevirib. ABŞ-da “E-Rate” proqramıvasitəsilə məktəblərin internet xərclərinin 90 faizi dövləttərəfindən qarşılanır. Bu yanaşmalar göstərir ki, internet təhsilüçün sadəcə infrastruktur deyil, sosial ədalətin təmin olunmasıvasitəsidir",- deyə o vurğulayıb.
Həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanda da yüksək sürətliinternetin bütün məktəblərdə tətbiqi təhsilin keyfiyyətinə birbaşatəsir göstərəcək.
"Şagirdlər beynəlxalq rəqabət mühitinə daha yaxşı hazırlaşacaq,müəllimlər yeni pedaqoji metodlardan geniş istifadə edə biləcək,distant və hibrid təhsil formaları inkişaf edəcək. Bu, həm dəölkənin PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələriniyaxşılaşdıracaq. Ona görə də Elm və Təhsil Nazirliyinin buistiqamətdə atdığı addımlar – rəqəmsal məktəb layihəsi, elektronjurnal sistemi, təhsil platformalarının istifadəsi –təqdirəlayiqdir və daha sürətlə genişləndirilməlidir.
Hesab edirəm ki, yüksək keyfiyyətli internet təhsilə bərabərlik,keyfiyyət və rəqabətlilik qazandırır. Bu, təkcə informasiyatexnologiyası məsələsi deyil, ölkənin gələcəyinə qoyulan ənstrateji sərmayələrdən biridir",- o fikirlərini tamamlayıb.