EN

Tarixdə İLK QƏTL bu ölkədə olub: tapıntılar hər şeyi sübut etdi

ain.az, Lent az saytına istinadən bildirir.

Vyetnamdakı mağaralardan birində arxeoloqlar insan qalıqları aşkar ediblər. Bu qalıqların bəşər tarixində tanınan ilk qətl qurbanlarından birinə aid ola biləcəyi ehtimal olunur. Mütəxəssislərin hesablamalarına görə, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb.

Lent.az-ın məlumatına görə, tədqiqatçılar hesab edirlər ki, bu kəşf Cənub-Şərqi Asiyada insanlararası zorakılığın ən erkən sübutu ola bilər. İşlər Oksford Universitetindən Kristofer Stimsonun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb.

Qalıqlar Txunq Bin 1 adlı mağarada aşkar edilib. Bu mağara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Çanqan kompleksinə aiddir. Baxmayaraq ki, kəllə sümüyü dəfn olunduqdan sonra çatlayıb, sümük analizi göstərib ki, TBH1 kimi qeyd olunan kişi yerli sakin olub və ölüm zamanı yaxşı fiziki vəziyyətdə imiş. Bu isə alimləri onun ölüm səbəblərini qeyri-adi şəraitdə axtarmağa vadar edib.

Müşahidələr göstərib ki, kişidə əlavə boyun qabırğası olub. Bu, yalnız insanların təxminən 1%-də rast gəlinir. Sümüklərin yanında kvarsdan hazırlanmış bir ucluq tapılıb və onun atıcı silah kimi istifadə edildiyi müəyyən edilib. Smitson Təbii Tarix Muzeyindən arxeoloq Benjamin Uttinqin sözlərinə görə, bu artefakt nə Txunq Bin 1-də, nə də qonşu yaşayış məntəqələrində tapılan alətlərə bənzəmir, bu da onun mənşəyi barədə suallar doğurur.

Sümüklərin daha ətraflı öyrənilməsi faciənin mənzərəsini bərpa etməyə imkan verib. Əlavə boyun qabırğasında sınıq və infeksiya izləri aşkar edilib. Tədqiqatçılar güman edirlər ki, kvars ucluğu kişinin boynuna dəyib, sümüyə ilişib qalıb və infeksiya yaradıb. Nəticədə zərərçəkmiş bir neçə gün və ya həftə ərzində dünyasını dəyişib.

Alimlər vurğulayırlar ki, bu tapıntı unikal xarakter daşıyır, çünki həm zədələnmə, həm də onu törədən alət eyni vaxtda aşkar edilib. Stimson bunu “qədim cəmiyyətdə zorakılığın ən nadir sübutu” adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
lent.az

1Sources