EN

Sarkisyan rusiyalı müğənninin pensiyasını oğurladı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dələduzluqda ittiham olunan Gevork Sarkisyan müğənni Oleq Qazmanovun bütün pensiya əmanətlərini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qazmanovlar ailəsinin vəkilinin sözlərinə görə, müğənninin həyat yoldaşı Marina Qazmanova vəsaiti Sarkisyana borc verib. Təqsirləndirilən şəxs borc götürdüyü vəsaitləri “investisiyaya” yatırdığını iddia etsə də, onların necə istifadə olunması barədə ətraflı məlumat verməyib.

Xüsusi cəhət ondan ibarətdir ki, bu, Oleq Mixayloviçin bütün həyatı boyu pensiyasından yığdığı məbləğdir.

Vəkil bildirib ki, Sarkisyan ABŞ, Fransa, Böyük Britaniya və Meksikadakı investor tanışlarından danışıb.

“Yəqin ki, bir az da danışsaydı, o, İlon Maskla da dost olduğunu deyərdi”.

Bir il sonra Sarkisyana borcu qaytarmaq tapşırılıb, lakin o, ABŞ-dan pul köçürə bilməməsinin səbəbi kimi COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsini əsas gətirərək bundan imtina edib.

Dələduzluğun qurbanı olduqlarını anlayan Qazmanovlar Rusiya İstintaq Komitəsi ilə əlaqə saxlayıblar.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
4
globalinfo.az

5Sources