EN

Gürcüstanda 21 il axtarışda olan şəxs saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 1987-ci il təvəllüdlü şəxsi saxlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs hüquq-mühafizə orqanları tərəfindən qəsdən sağlamlığa zərər vurma və cinsi xarakterli əməllər törətmək ittihamı ilə 2004-cü ildən axtarışda olub.

O, başqasının adına verilmiş pasportla sərhədi keçmək istəyərkən Tbilisi Beynəlxalq Hava Limanında tutulub.

6Sources