EN

Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində 1991-ci il sentyabrın 17-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, Qubadlı rayonunda mülki azərbaycanlıları qoruyarkən ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi anılıb.

Aznews.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Poltava Hərbi Administrasiyasının sədr müavini Anton Çubenko, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesinin baş köməkçisi İbrahim Hüseynov, diplomatlar Elşən Rəşidov, Pərviz Əsədov, müharibə veteranları, Olek Babakın valideynləri, ictimai nümayəndələr onun məzarı önünə toplaşıblar.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti irqindən, milliyyətindən asılı olmayaraq, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin hər birinin xatirəsini əziz tutur, ailələrinə yardımlarını davam etdirir. Belə qəhrəmanlardan biri də 1991-ci ildə Qubadlı rayonunda mülki vətəndaşlarımızı erməni silahlılarından qoruyarkən həlak olan ukraynalı Oleq Babakdır.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlətimiz Oleq Babakın ailəsinə daim qayğı göstərir. Oleq Babakın ruhu da şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz işğal altındakı torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır", - səfir əlavə edib.

Chosen
2
8
aznews.az

9Sources