EN

UEFA dan Qurban Qurbanova xüsusi təbrik “Qarabağ”ın zəfərinin memarı!

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UEFA "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı xüsusi paylaşım edib.

BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu Çempionlar Liqasının rəsmi "Facebook" səhifəsində Ağdam təmsilçisinin Portuqaliya nəhəngi "Benfika" üzərində qazandığı tarixi qələbəni ön plana çıxarıb.

Paylaşımda Qurban Qurbanovun fotosu yer alıb və onun haqqında belə qeyd olunub:

""Qarabağ"ın "Benfika" zəfərinin arxasındakı beyin – Qurban Qurbanov!"

UEFA-nın bu statusu həm Azərbaycan futbol ictimaiyyəti, həm də beynəlxalq azarkeşlər arasında geniş maraq doğurub. Çünki Çempionlar Liqasının əsas mərhələsində səfərdə qazanılan qələbə təkcə klub tarixində deyil, ümumilikdə Azərbaycan futbolunda yeni bir səhifə açıb.

Xatırladaq ki, ötən gün Lissabonda keçirilən qarşılaşmada "Qarabağ" inamlı oyun nümayiş etdirərək "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Oyunun qəhrəmanları arasında baş məşqçi Qurban Qurbanovun taktiki gedişləri xüsusi vurğulanır. Mütəxəssis komandaya yalnız müdafiə olunmaq əvəzinə, hücum futbolu oynatmağı tapşıraraq, rəqibin zəif tərəflərindən maksimum yararlanıb.

Qələbədən sonra həm UEFA, həm də Avropa mətbuatı "Qarabağ"ın bu uğurunu sensasiya adlandırıb. Futbol ekspertləri isə qeyd edirlər ki, bu nəticə Azərbaycan futbolunun inkişafı və Avropadakı imici üçün mühüm əhəmiyyət daşıyır.

Qurban Qurbanov isə görüşdən sonra verdiyi açıqlamada qələbəni azarkeşlərə həsr etdiyini bildirib: "Bu, yalnız bizim deyil, bütün Azərbaycan futbolunun qələbəsidir. Komandamla qürur duyuram."

Qeyd edək ki, UEFA-nın Qurban Qurbanova ünvanladığı təbrik yalnız bir paylaşım deyil, həm də Azərbaycan futboluna verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
50
baku.ws

10Sources