EN

Qubada insan sümükləri tapıldı

Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.

Nəticədə, kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
18
25
demokrat.az

10Sources