EN

Zelenski və Trampın Nyu-York görüşünə hazırlıq aparılır

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Trampın komandaları gələn həftə Nyu-Yorkda liderlərin görüşünün təşkili üzərində işləyirlər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Komandalarımız görüşümüzün baş tutması üçün işləyirlər", - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, sentyabrın 23-dən 30-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası keçiriləcək. Yüksək Səviyyəli Həftədə BMT-yə üzv olan bir sıra ölkələrin prezidentləri, hökumət və XİN başçıları iştirak edəcəklər.

Ənənəyə uyğun olaraq, tədbirin əvvəlində Braziliya Prezidenti Luis İnasio Lula da Silva giriş nitqi söyləyəcək, daha sonra isə ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.

Chosen
11
6
qaziler.az

7Sources