Xviça Kvaratsxeliyanın Çempionlar Liqasının “Atalanta” ilə oyununda iştirak edib-etməyəcəyi müəyyənləşib.
“RMC Sport”un məlumatına görə, son müayinələr PSJ-nin gürcüstanlı vingerinin optimal vəziyyətdə olduğunu və Liqa 1-in 4-cü turunun “Lans”la oyununda (2:0) aldığı zədəni sağaltdığını göstərib. 24 yaşlı futbolçu “Atalanta” ilə matçda meydana çıxa biləcək.
Xatırladaq ki, Kvaratsxeliya çempionat oyununun 30-cu dəqiqəsində baldırından zədə almış və əvəzlənmişdi.