EN

Danimarka yüksək dəqiqlikli uzaqmənzilli silahlar ALIR

Danimarka Rusiyadan gələn təhlükədən müdafiə üçün yüksək dəqiqlikli uzaqmənzilli silahlar alacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen bildirib.

“Şübhə yoxdur ki, Rusiya hələ uzun illər Avropa və Danimarka üçün təhlükə yaradacaq”, – o deyib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, silahlar arasında raketlər və pilotsuz təyyarələr ola bilər, lakin detallar açıqlanmır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
interpress.az

1Sources