EN

Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Azərbaycana SƏFƏR EDƏCƏK

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Bakıda yerləşən nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komissar Kosun səfəri 18 sentyabrda Bakıda başlayacaq. Səfər çərçivəsində o, Azərbaycanın Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Ceyhun Bayramov və İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşlər keçirəcək.

Komissar həmçinin Ağdama səfər edəcək və orada minalardan təmizləmə işləri ilə məşğul olan şəxslərlə görüşəcək.

“Səfər Ermənistan–Azərbaycan sülh prosesi üçün həlledici bir mərhələyə təsadüf edir və Aİ-nin regional əməkdaşlıq üzrə gündəliyini təqdim etmək, bu vasitə ilə regionun inkişafına töhfə vermək üçün imkan yaradacaq. Bundan əlavə, komissar Kos Azərbaycan rəsmiləri ilə enerji, nəqliyyat və minalardan təmizləmə kimi ümumi strateji maraqları müzakirə edəcək”, - Aİ-nin Bakı ofisindən bildirilib.

Bizim.Media

Chosen
23
bizim.media

1Sources