EN

Bakıda əyri bitən ağaclar piyadalara TƏHLÜKƏDİRVİDEO

Paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində piyada səkisinin üstünə əyilən ağaclar sakinlərə problem yaradır.

Sakinlər bununla bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət ediblər. 

Onlar deyir ki, müvafiq orqanlara müraciət də etsələr də, nəticə verməyib.

Eyni problem Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsi 142 ünvanında da yaşanır. əyilmiş ağac avtomobil yoluna doğru uzanıb.   

Dövlət Ekoloji Ekspertiza Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Nərimanov rayonu Faiq Yusifov 40-45 ünvanındakı sözügedən əncir ağacının götürülməsinə dair Nərimanov bələdiyyəsi tərəfindən mürcaiət daxil olub. Agentliyin ekspertləri tərəfindən əraziyə baxış keçirilərək ağacın kökü üstə yaş halda, bioloji inkişafda olduğu müəyyən edilib və təhlükəsizliyinin, habelə dayanıqlılığının təmin edilməsi məqsədilə budama işləri aparılmasının zəruriliyinə dair cavab məktubu göndərilib.

Əhmədli qəsəbəsindəki ağacla bağlı isə Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, problemin həlli ilə bağlı müvafiq orqanlara müraciət olunacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
17
xezerxeber.az

1Sources