ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"ChatGPT" azyaşlı istifadəçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edəcək.
Milli.Az xəbər verir ki, "OpenAI" şirkətinin yaydığı məlumata görə, platforma istifadəçinin yaşını və davranışını avtomatik təhlil edən süni intellekt texnologiyası ilə təchiz olunacaq. Əgər istifadəçinin 18 yaşdan böyük olması təsdiqlənməzsə, əsas versiyaya giriş məhdudlaşdırılacaq və sadələşdirilmiş interfeys təqdim olunacaq. Qeydiyyat üçün minimum yaş 13 olacaq.
Valideynlər üçün nəzarət imkanları da yaradılacaq: onlar uşağın hesabına qoşulmaqla cavab məzmununu məhdudlaşdıra, söhbət tarixçəsinə nəzarət edə və sistemin yaddaş funksiyasını tənzimləyə biləcəklər.
Sistem emosional gərginlik və intihar riski kimi halları izləyəcək. Əgər azyaşlıda bu cür davranış aşkarlanarsa və valideynlə əlaqə qurmaq mümkün olmazsa, hüquq-mühafizə orqanlarına məlumat veriləcək.
Yeni funksiyalar 2025-ci ilin sonunadək istifadəyə veriləcək. Addım, ABŞ Konqresində AI texnologiyalarının psixoloji təsiri ilə bağlı keçirilən dinləmələr fonunda atılıb.
Aysel Əkbər
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.