EN

Qarabağ Universitetinə Media-turVİDEO

Qarabağ Universitetinin Klinikası binasına, Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusuna media-tur təşkil olunub.

Media nümayəndələrinə bildirilib ki, tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb.

Media nümayəndələri Xocalının Şuşakənd kəndində də olublar. Kənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. Gələn ildə  isə 72 evin bərpası planlaşdırılır.

Xocalının Seyidbəyli kəndindəisə bu il daha 44, gələn il isə 64 ev istismara hazır olacaq. Bildirilib ki, Seyidbəyli kəndində 140 ev var, onlardan 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib.

Bu ilin sonunadək 44, gələn ildə isə daha 64 ev istismara hazır olacaq. 

Xocalının Daşbulaq kəndində isə  195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Məlumata görə, kənddə artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə köçüb.  

Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında Çindən idxal olunmuş 130 min ting əkilib. Bağda damcılı suvarma sistemi yaradılıb. Qeyd olunub ki, gələn il 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. 

Xocalının Badara kəndinin ərazisində isə ümumilikdə 313 fərdi ev var. Onlardan 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub.

Məlumata görə, ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə kəndə köçüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
19
xezerxeber.az

1Sources