EN

"Hansı məşqçi “Benfika”ya yox deyər?" - Mourinyo

Xəbər verdiyimiz kimi, "Benfika" böyük ehtimalla Joze Mourinyo ilə müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Benfika” haqqında verilən suala belə cavab verib:

"Təyyarəyə minməzdən əvvəl məndən soruşdular ki, “Benfika”nı çalışdırmaq mənim üçün maraqlı olardımı. Mən cavab verdim ki, bəli, maraqlı olar. Daha sonra “Benfika” rəsmi şəkildə mənə müraciət etdi, bu mövzuda maraqlı olub-olmayacağımı soruşdu. Mən isə dedim ki, hazırda ölkə xaricindəyəm, amma Portuqaliyaya qayıdanda məmnuniyyətlə görüşə bilərik. Mənə “Benfika”nı çalışdırmaq imkanı təklif olunanda çox düşünmədim – bu mənim üçün maraqlı idi. Hansı məşqçi “Benfika”ya yox deyər? Mən yox. “Benfika”ya qayıdışım karyeramın sonu deyil.

Əvvəlki klubumu üç-dörd həftə əvvəl tərk etmişdim. Mövsümün sonuna qədər işsiz qalmaq niyyətim yox idi. Bu, mənim üslubum deyil. Mən daim işləmək, məşqçilik etmək istəyirəm. Öz-özümə dedim ki, yalnız işkolik olduğum üçün hər hansı klubun təklifini qəbul etməməliyəm, əvvəlcə emosional tarazlığımı bərpa etməliyəm. Amma bu halda, “Benfika”nı çalışdırmaq imkanı yarananda tərəddüd etmədim. Bu, məni həqiqətən maraqlandırdı və istədiyim bir şey idi".

saytlarin hazirlanmasi

Chosen
3
1
sportal.az

2Sources