EN

300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq (FOTO)

Bakı. Trend:

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar AirwaysAzərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxınyerli və xarici media nümayəndəsi iştirak edir.

Trend xəbər verirki, bu barədə "Baku City Circuit" məlumat yayıb.

Onların sırasında Netflix, Reuters, Agence France-Presse, SkySports, Motorsport.com, Associated Press, CANAL+, ESPN Disney Latinkimi nüfuzlu media qurumları da var. Bu, Bakıda keçirilən möhtəşəmyarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyayaçatdıracaq.

Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətitərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərinixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasirtexniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat vəfunksional iş mühiti yaradır. Burada akkreditasiya xidməti iləyanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuştexniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçüntam təchizatlı zal mövcuddur. Mərkəz çərşənbə günündən etibarənfəaliyyət göstərərək həm yerli, həm də xarici medianümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportajhazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir.Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq AvtomobilFederasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunubvə qlobal miqyasda aparıcı idman tədbirlərinin mediainfrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.

İldən ilə Azərbaycan Qran Prisi qlobal səviyyədə çox maraqlaizlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayımvasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insanmüxtəlif platformalarda Bakı Qran Prisinə maraq göstərib.
Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi vəbeynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan QranPrisinin də dünya səviyyəsində böyük rezonans doğuracağıgözlənilir.

300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
Chosen
4
16
az.trend.az

10Sources