Londonda ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilir.
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, etirazçılar yerli vaxtla saat 14:00-da (Moskva vaxtı ilə 16:00) BBC-nin baş qərargahının yaxınlığındakı Portlend Pleysdə toplaşıblar.
Qeyd edək ki, sentyabrın 17-də "Politico" nəşri Trampın səfəri zamanı kral III Çarlzın Amerika liderinə təmtəraqlı qəbul təşkil edərək onu Ukraynaya daha çox dəstək verməyə razı salmağa çalışacağını yazmışdı.
Aqil