EN

Yanğın riski - "Tesla"dan geri çağırış

Tesla Avstraliyada “Powerwall 2” batareyalarını geri çağırır

“Tesla” şirkəti Avstraliyada quraşdırılmış “Powerwall 2” ev batareyalarını yanğın təhlükəsi səbəbilə geri çağırıb. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının açıqlamasına görə, bəzi qurğularda baş verən yanğınlar nəticəsində cüzi əmlak ziyanı qeydə alınıb, xəsarət alan olmayıb.

Məlumata görə, geri çağırma ABŞ-də istehsal olunaraq 2020-ci ilin noyabrı - 2022-ci ilin iyunu arasında Avstraliyada satılmış batareyalara şamil edilir. 
Şirkət bildirib ki, nasaz qurğular pulsuz əvəzlənəcək, enerji qənaətində yaranan itkilərlə bağlı kompensasiya isə fərdi qaydada nəzərdən keçiriləcək.

Chosen
79
2
olke.az

3Sources