EN

ABŞ da ipoteka müraciətləri 3 ilin ən yüksək səviyyəsinə çatıb

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka müraciətləri ötən 3 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-da ipoteka faiz dərəcələri ötən həftə demək olar ki, son bir ilin ən aşağı səviyyəsinə enib və bu vəziyyət yenidən maliyyələşdirmə tələbində artıma səbəb olub.

İpoteka Bankirləri Assosiasiyası (MBA)-nın məlumatına görə, 12 sentyabrda başa çatan həftədə ipoteka müraciətləri indeksi (MBA indeksi) 29,7 faiz yüksəlib. Bu, yanvar ayından bəri ən kəskin artım tempi olub.

MBA-nın yenidən maliyyələşdirmə göstəricisi də 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb.

30 illik sabit faizli ipoteka müqaviləsinin faiz dərəcəsi 12 sentyabrda başa çatan həftədə 10 baza bəndi azalaraq 6,39 faizə enib.

1990-cı ildən bəri həftəlik keçirilən MBA sorğusu ipoteka bankirləri, kommersiya bankları və əmanət təşkilatlarının cavablarına əsaslanır. Məlumatlar ABŞ-dakı bütün pərakəndə ipoteka müraciətlərinin 75 faizindən çoxunu əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
banco.az

2Sources