EN

"Real"ın şikayəti rədd edildi

style='margin-bottom:10px;'>

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Real”ın müdafiəçisi Din Höysenin qırmızı vərəqəsinə qarşı verdiyi apellyasiyanı qəbul etməyib.

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Futbolçu La Liqanın 5-ci turunda “Espanyol”la oyunu buraxmalı olacaq.

Höysen “Real Sosyedad”la matçın 32-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almışdı. Bundan sonra “kral klubu” İspaniya futbolunda baş verən hakimlik insidentlərini — həm ötən mövsümdə, həm də indiki mövsümdə qeydə alınanları — FIFA-ya şikayət etmək niyyətində olduğunu açıqlamışdı.

Chosen
38
2
teleqraf.com

3Sources