EN

Atatürkün məzarına getdi Dırnaqları müzakirə olundu

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyədə səfərdə olan Yaponiya şahzadəsi Akiko Mikasa dırnağındakı elementlərlə gündəmə gəlib.

“Qafqazinfo” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarı yerləşən Anıtkabir Kompleksini, daha sonra Markus muzeyini ziyarət edib.

Burada əlcəyini soyunan şahzadənin dırnaqlarını Türkiyə və Yaponiya bayraqları ilə bəzətdirməsi diqqətlərdən yayınmayıb.

Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunu kiçik dostluq jesti kimi qəbul etsə də, bəziləri lüzumsuz adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
3
qafqazinfo.az

4Sources