EN

Kreml NATO və ABŞ dən ciddi zərbə alacaq ŞƏRH

ain.az bildirir, Sherg.az portalına istinadən.

Rusiyanı çökdürmək, zəiflətmək üçün Ukrayna bataqlığına yuvarladılar

Ukrayna böhranının nizamlanması üzrə danışıqlar başa çatdıqdan sonra BMT-nin himayəsi altında Ukraynaya sülhməramlı missiya göndərmək mümkün olacaq. Bu barədə BMT Baş Assambleyasının səfri Annalena Berbok deyib. O bildirib ki, əgər razılıq əldə olunarsa, onun maksimum dərəcədə icrasını təmin etmək lazımdır: 

"Əgər BMT-yə üzv ölkələrin əksəriyyəti bəyan etsələr ki, BMT-nin sülhməramlılığı da zəruridir, o zaman bu, ümid edirik ki, davamlı sülhü təmin edə biləcək". Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri bu ehtimalı sülh danışıqlarının prioritetliyi ilə əlaqələndirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Avropa liderlərini heç bir şeyə cavabdeh olmayan, lakin özlərini böyük fiqur kimi göstərməyi sevən İlf və Petrovun qəhrəmanları ilə müqayisə edib. Lavrov xatırladıb ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyətdə "işğal qoşunları"dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar. 

Azad Vətən Partiyasının sədri Akif Nağı Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsi hamını düşündürən çox ciddi məsələdir. Partiya sədri filosof N.Makiavellinin sözünü xatırladıb və Rusiyanın uçuruma yuvarlandığını söyləyib: 

"Makiavelli deyirdi ki, "müharibəni nə vaxt istəsən başlaya bilərsən, amma qurtarmaq elə də asan deyil". Əslində, Rusiya böyük bir bataqlığa qərq olub və çıxmaq üçün çapalayır, ancaq bacarmır. Rusiya çox axmaq bir müharibə başlatdı, öz slavyan qardaşlarına savaş açdılar. ABŞ Prezidenti Donald Tramp Putini bu bataqlıqdan çıxarmaq üçün çalışır, Kreml rəhbərinə vaxt verir ki, nə qədər gec deyil, düşünsün. Digər yandan isə Ukraynaya ciddi silah dəstəyi gəlir. Görün, Rusiya axmaqlıqda hansı həddə çatıb ki, Qərbi, Avropanı, NATO-nu hədələyir. Lavrovun Ukraynaya gələcək sülhməramlı qüvvələri "işğalçı" adlandırması, onları hədəf alacaqlarını bildirməsi absurd olmaqla yanaşı, ciddi təhdiddir. Rusiya iddia edir ki, Ukrayna üzərindən bütün Avropaya qarşı müharibə aparır. Hanı çar Rusiyası, hanı SSRİ? Putin Rusiyası özündən əvvəlki imperiyaların ağılsız addımlarından, acı sonluğundan nəticə çıxarmır". 

A.Nağıya görə, Rusiyanı çökdürmək, zəiflətmək üçün Ukrayna bataqlığına yuvarladılar: 

"Rusiya öz ambisiyalarına qurban getdi və bu tələyə düşdü. Əgər Kreml rəhbərinin ağlı olsaydı, ziyanın yarısından da olsa geri qayıdardı. Rusiya Polşaya PUA-larla hücum etməklə NATO-nun reaksiyasını yoxlamaq istəyirdi. NATO-nun reaksiyası çox sərt oldu, təşkilat dərhal 4-cü maddəyə əsaslanaraq məsləhətləşmələr başlatdı. İndi 5-ci maddənin, yəni birgə hərbi müdafiənin işə salınması müzakirə olunmaqdadır. Rusiya bundan çəkinir. Moskva işğalçılıq siyasətini davam etdirərsə, nəinki Avropadan, NATO və ABŞ-dən də ciddi zərbə alacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
1
sherg.az

2Sources