EN

Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.

Operativ Media xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, səfərdə olan Pakistanın baş naziri Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb.

Rəsmi görüş zamanı nümayəndə heyətləri iki ölkə arasında tarixi və strateji əlaqələri və bir sıra birgə iş sahələrini nəzərdən keçiriblər.

Sonda tərəflər ölkənin təhlükəsizliyini artırmaq, regionda və dünyada təhlükəsizlik və sülhü təmin etmək səylər çərçivəsində “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.

 

İmzalanan saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır.

Razılaşmada vurğulanır ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

Chosen
32
12
operativmedia.az

10Sources