EN

Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi Bakı artıq hazırdır

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın qadınlardan ibarət ordu yaratmaq planları ortaya çıxıb. Məlumata görə, hazırda ordu rəhbərliyi bu məqsədlə böyük vəsait sərf edir və potensial yatırmağa çalışır. Paralel olaraq, Qərb ölkələrinin də təcrübəsi öyrənilir.

İrəvanın bu planı regionda hərbi balansı dəyişə bilərmi? Azərbaycanda da qadınların orduya cəlb edilməsinə ehtiyac varmı?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, faktiki olaraq hazırda Ermənistanın peşəkar və davamlı ordusu yoxdur:

“İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət və ardınca 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni hərbi bölmələrinin böyük qismi zərərsizləşdirilib, qalanları isə silahlarını qoyaraq geri çəkilib. Əgər yeni ordu qurulacaqsa, bunun məntiqli və effektiv struktura, peşəkar kişilərdən ibarət hərbi hissələrə yönəlməsi daha düzgün olardı. Qadınlardan ibarət bölmələrin yaradılması dünyaya nümunə kimi göstərilə bilər. Lakin bəzi ölkələrdə belə hərbi hissələr mövcuddur, önəmli olan ordunun effektivliyi və təhlükəsizliyin təmin edilməsidir”.

Arzuxan Əlizadə

Deputat qeyd edib ki, ümumilikdə prioritet Ermənistanın silahsızlaşdırılması olmalıdır:

“Çünki silahlandırılma işğalçılıq siyasətinə və münaqişələrin yenidən alovlanmasına gətirib çıxara bilər. İrəvan bölgədə sülh və sabitliyin təminatı üçün hərbi gücə deyil, sülhə, sabitliyə, xüsusilə qonşularla konstruktiv münasibətlərin qurulmasına üstünlük verməlidir. Onlar Bakı və Ankara ilə əlaqələrini normallaşdırmalıdır. Ermənistan Baş naziri Nikol Paşinyan da bu yaxınlarda bildirib ki, ölkənin təhlükəsizliyində əsas təminatçı ordudan çox, xarici siyasət və qonşularla münasibətlər olmalıdır”.

Millət vəkili bildirib ki, Azərbaycanda qadınların hərbi xidmətə cəlb edilməsi könüllü əsaslarla həyata keçirilir:

“Hazırda ordumuzda xidmət edən qadınların sayı kifayət qədərdir. Belə hərbi qulluqçular, əsasən tibbi xidmət, logistika, təchizat və digər arxa cəbhə sahələrində fəaliyyət göstərirlər. Paralel olaraq, son illərdə qadınlar döyüş hazırlığına da cəlb olunur. Məsələn, qadın hərbi qulluqçular təlim-məşq toplantılarında, sinif şəraitində hərbi-nəzəri dərslərdə və poliqonlarda praktiki məşğələlərdə iştirak edirlər”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
globalinfo.az

2Sources