EN

Dünyanın ən uzun təyyarə reysi açılır

"China Eastern Airlines" dekabrın 4-də dünyanın ən uzun uçuşunu həyata keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

Şanxay və Argentinanın Buenos Ayres arasında 20 min kilometrlik uçuş 25 saat çəkəcək.

Yeganə iki saatlıq dayanacaq Yeni Zelandiyanın Oklend şəhərində olacaq. Dönüş uçuşu 29 saat çəkəcək.

Qeyd edilir ki, yeni uçuş Şanxayın Asiya və Cənubi Amerika arasında cənub nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

Chosen
20
ucnoqta.az

1Sources