EN

Uzeyir Hacibəyovu öz qardaşı oğlu Niyazi və Bülbül öldürüb? - Arxivdən çıxarılan yeni faktlar

Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub. Təəssüf ki, sonda ən böyük zərbəni də elə Niyazi vurub. Niyazinin zərbəsinə keçmədən əvvəl onu öldürən ilk səbəbi vurğulayaq. Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənanın üzə çıxrdığı faktları belə təqdim edir. Yazıda qeyd olunur ki, Müharibə zamanı Konservatoriyanın binası qospital edildiyinə görə müəllimlər dərsi evlərində keçirdilər. Müharibədən sonra isə müəllimlər artıq dərsi Konservatoriyada keçməli oldular. Müəllimlərdən fərqli olaraq müğənni Bülbül dərsi yenə də evində keçirdi. 

Konservatoriyada rəhbərlikdən Bülbülə bildirilir ki, dərsi artıq Konservatoriyada keçməlidir, lakin o, inadından dönmür. Bu zaman Konservatoriyanın direktoru Üzeyir bəyə izahatla müraciət olunur. Üzeyir bəy də Bülbülü Konservatoriyada dərs deməyə çağırır. Lakin direktor müraciətə rədd cavabı alır. Nəticədə Üzeyir bəy də onu əmrlə Konservatoriyadan azad edir.

O zaman Bülbülün bir professor kimi məvacibi Konservatoriyadan 1000 manat idi. Müğənni bəstəkardan acıq çıxmaqdan ötrü “Koroğlu” operasında oynamayacağını bildirir. Üzeyir bəy də əhvalını pozmadan “bundan sonra bu operada oynamağı sənə etibar etmərəm”-deyir.

Nəticədə Bülbül Bağırova şikayət edir. Ölkənin başçısı da Üzeyir bəyin verdiyi əmrdən razı qalır və Bülbül üçün deyir: “Bu haçanın professorudur”…

Çox qəribədir ki, Üzeyir bəyi iflic edən, ölümünə səbəb olan ikinci şikayət öz qardaşı oğlu, ölümdən xilas etdiyi Niyazi tərəfindən edilir. Hadisə isə belə baş verir. Aslan Kənan qeyd edir ki, Hökümə Nəcəfova gənc yaşlarında bir müddət filarmoniyada işləyib və həmin ərəfədə kamança çalan rəfiqəsi ilə qol-qola gedərkən yüksək səslə söhbət edirlər. O zaman Niyazi filarmoniyanın rəhbəri idi. Rəfiqələrin gülə-gülə söhbət edərkən səslərinin bərk çıxmasına Niyazi əsəbiləşir və onlara üzünü tutub sərt və kobud şəkildə “mədəniyyətiniz olsun, küçədə yavaş danışın” deyir. Bu sözdən özünü təhqir olunmuş hesab edən Hökümə xanım dönüb Niyaziyə “əcəb eləmişəm” deyir. Bundan sora Niyazi hər addımbaşı onu alçaltmağa çalışır. Buna nail ola bilməyəndə o əmrlə Höukümə Nəcəfovaya töhmət verir. Bu haqsızlığa dözə bilməyən Hökümə Üzeyir bəyə şikayət edir Üzeyir bəy cavabında bildirir: “Eybi yoxdur, sabah filarmoniyada balaca müşavirəmiz var , deyərəm ona”.

Ertəsi gün müşavirədə Üzeyir bəy Niyaziyə “Niyə heç bir əsas olmadan Hökümə Nəcəfovaya töhmət vermisən?” - deyir.

Niyazi cavab verir ki, “Hökümə kimdir, mən kiməm?” Yəni Hökümə yaddır, mən qohum…

Bu arada qeyd edək ki, həmin yazıda qeyd olunur ki, Niyazi Üzeyir bəyin qardaşının ögey oğludur. Bunun nə qədər doğru olub-olmadığıbilinmir, lakin 70-ci illərdə Niyazinin afişalarda soyadı Tağızadə-Hacıbəyov yazılırdı. Qayıdaq Üzeyir bəyi öldürən həmin səbəbə. Üzeyir bəyin bu sözlərindən sonra Niyazi ondan acıq çıxmaqdan ötrü Bağırova şikayət edir. Onu qəbul etmək üçün teleqram vurur. Bu hadisədən sonra Bağırov Üzeyir bəyi yanına çağırır və ona necə möhkəm təpinirsə, onu Mərkəzi Komitədən çıxanda onu infarkt vurur…

Davamında Nazirlər Sovetindən tapşırılır ki, Üzeyir bəy işə çıxan kimi Konservatoriya ciddi yoxlanılsın və nöqsanları üzə çıxartsınlar. Komissiyada Bülbül aktiv iştirak edir. Üzeyir bəy evə qayıdandan sonra halı pisləşir. Moskvanın Kreml xəstəxanasında 8 ay yatır. Bakıya qayıdır 2 ay sonra vəfat edir… 23 noyabr 1948-ci il Üzeyir bəyin dəfn günü təyin olunur.  Cənazəni Elmlər Akademiyasının əsas binasının böyük salonuna qoyurlar. Akademiyanın salonunda isə Bülbül Üzeyir bəyin “Sənsiz”ini oxuyurdu. 

Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz…


Bu zaman Bağırov içəri daxil olur. O, Bülbülün Üzeyir bəyin “Sənsiz” romansını oxuduğunu eşidib deyir: “Onun səsini kəsin! Kişini öldürdülər, indi də onun “Sənsiz”ini oxuyur”.


Başda M.C.Bağırov olmaqla başqa rəhbər işçilər bəlkə axırıncı dəfə günahlarının bağışlanması və yaxud ehtiramlarını bildirmək üçün tabutun altına girib onu son mənzilə yola salırlar. 


Ətraflı TV11-də...




Chosen
11
azia.az

1Sources