EN

“Benfika” yeni baş məşqçisini bu gün ictimaiyyətə təqdim edəcək

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Joze Mourinyo tezliklə "Benfika"nın yeni baş məşqçisi olacaq. Sport24.az "Record"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq müqavilə şərtlərini qəbul edib.

Tərəflər iki illik müqavilə imzalayacaqlar. Hazırda köməkçilərlə bağlı təfərrüatları yekunlaşdırırlar.

Klubun bu gün Mourinyonu rəsmən təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, "Benfika" sentyabrın 17-də Çempionlar Liqasında "Qarabağ"a 3:2 hesablı məğlubiyyətdən dərhal sonra Bruno Lajeni baş məşqçi postundan qovub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
sport24.az

1Sources