EN

FED UÇOT DƏRƏCƏSİNİ 4,1 FAİZƏ ENDİRİB » AzadMedia.az

FED

ABŞ Federal Ehtiyat Sistemi çərşənbə günü uçot dərəcəsini 4 DƏFƏ azaldaraq 4,1 faizə endirib. Bu addım dekabr ayından bəri ilk faiz endirimi kimi qeydə alınıb.

Mərkəzi Bankın rəhbəri Cerom Pauell bildirib ki, qərar əmək bazarında müşahidə olunan zəifləmə fonunda qəbul edilib. Fed-in proqnozuna görə, bu il ərzində daha iki faiz endirimi də həyata keçiriləcək.

Qərarın qəbuluna yalnız bir üzv etiraz edib. Prezident Donald Tramp tərəfindən təyin olunan Stiven Miran çərşənbə axşamı Senatın təcili səsverməsindən sonra vəzifəyə təsdiqlənərək iclasda iştirak edib.

Ekspertlər qeyd edirlər ki, rüsum siyasəti, sərt miqrasiya tədbirləri və digər iqtisadi faktorların təsirləri fonunda Federal Ehtiyat Sistemi vahid mövqeni qorumağa çalışır. Pauell isə müxtəlif mövqelərə baxmayaraq komitədə konsensus əldə olunmasına nail olub.

Chosen
2
1
azadmedia.az

2Sources