EN

Ali Koçdan Mourinyoya atmacalı sözlər

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə “Fənərbağça”sının prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi Joze Mourinyo üçün qalmaqallı açıqlamalar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Mourinyo hadqa “Benfika”nın sükanı arxasına keçəcəyinə dair xəbərlər səbəb olub.

“Fənərbağça” Çempionlar Liqasının III təsnifat mərhələsində məhz Portuqaliya klubuna uduzduqdan (0:0, 0:1) sonra Mourinyo istefaya göndərilib. Təcrübəli baş məşqçinin qovulması qarşılığında böyük məbləğdə kompensasiya alması İstanbul təmsilçisinin azarkeşlərinin etirazları ilə qarşılanıb.

Fanatlar bunu Mourinyonun xəyanəti və uduzmaqla, “Benfika” üçün vəziyyəti yüngülləşdirməsi kimi dəyərləndiriblər.

Koç isə böyük təzyiqlər altında sabiq baş məşqçinin ünvanına ironiyalı atmaca göndərib: “Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun “Benfika” ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Mourinyo o qədər böyük adamdır ki, “Qarabağ”ın “Benfika”nı yenəcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü “Fənərbağça”dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, “Benfika”ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
qafqazinfo.az

1Sources