EN

Bu gün Bişkekdə TDT ölkələri baş nazirlərinin iclası keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər.
İclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatının mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.
Xatırladaq ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Chosen
48
50
oxu.az

10Sources