EN

“Unibank”ın komissiya haqlarından gəlirləri 51 milyon manatı ötüb

30.06.2025-ci il tarixində “Unibank”ın qeyri-faiz gəlirləri 58 milyon 462 min manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 3 milyon 601 min manat və ya 6,6% artım deməkdir.

Qeyri-faiz gəlirlərinin əsasını alınan haqq və komissiya gəlirləri təşkil edib. Bu istiqamətdən bank 51 milyon 203 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 3 milyon 639 min manat və ya 7,6% artım deməkdir.

Bununla yanaşı, bankın bəzi gəlir maddələrində azalmalar müşahidə edilib. Xarici valyutadan gəlir/zərər maddəsi üzrə gəlirlər 962 min manat (12,4%) azalaraq 6 milyon 768 min manata düşüb. Ötən il qiymətli kağızların satışından 1 milyon 27 min manat gəlir əldə edən bankın bu il bu istiqamətdə gəliri olmayıb. Digər gəlirlər isə  491 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Unibank”ın qeyri-faiz gəlirləri 54 milyon 861 min manat təşkil etmişdi.

Chosen
13
fed.az

1Sources