EN

Qızılın qiyməti tarixdə ilk dəfə 3740 dolları keçib

“Comex”in məlumatlarına əsasən, birjada qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troy unsiyası üçün 3740 ABŞ dollarını keçib. Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması fonunda baş verib.

17 sentyabrda qızıl kotirovkaları 0.5% artaraq bir unsiya üçün 3744 dollara çatıb.

Qızılın qiymətindəki artım FED-in baza faiz dərəcəsini 0.25 faiz bəndi (b.p.) azaldaraq illik 4–4,25% səviyyəsində müəyyən etməsi ilə üst-üstə düşüb.

Faiz dərəcəsinin azaldılması qərarı risklərin balansındakı dəyişikliklər və FED-in hədəflərini dəstəkləmək məqsədilə qəbul olunub. Federal Açıq Bazar Komitəsi (FOMC) əmək bazarının zəifləməsinə dair əlamətlərə işarə etsə də, işsizlik səviyyəsinin artsa belə, hələ də aşağı qaldığını qeyd edib.

9 sentyabrda “Comex” birjasında qızılın qiyməti bir unsiya üçün 3700 dolları keçərək tarixi rekordu yeniləmişdi.

Chosen
5
banker.az

1Sources