EN

Gerasimov “irəliləyirik” deyir, Zelenski isə tam əksini

Rusiya ordusu “bütün cəbhələrdə irəliləyir” və ən şiddətli döyüşləri Pokrovsk yaxınlığında aparır.

Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Ukraya prezidenti Volodimir Zelenski isə bunun tam əksini deyib.

Onun sözlərinə görə, Rusiyanın son üç hücumu məğlubiyyətə uğrayıb:

“Ukrayna Silahlı Qüvvələri Pokrovsk yaxınlığındakı hücumları dəf edib, Kupyansk ətrafında isə əsirlər götürüb”.

DeepState Ukraynanın qonşu rayonlarda uğurlarını təsdiq edib.

Bizim.Media

Chosen
35
1
bizim.media

2Sources