Bakı. Trend:
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinindünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeydolunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən,bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrindəsilsilə tədbirlər keçirilir.
Trend xəbərverir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqisənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifikimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının136-cı ildönümü tamam olur.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyəhəsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı iləəlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcəkÜzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zənginproqramında Azərbaycanın bədii kollektivləri, solistləri iləyanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışlarıyer alıb. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali BaşKomandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalətbərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentininmüvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyətpaytaxtı elan olunması nəzərə alınaraq, bu ilki festivalın ilkkonsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Belə ki,sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti AğaverdiPaşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnıvə Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıqhavada konsert təşkil olunacaq.
Eyni zamanda, festivalın proqramında Gəncə və Ağdamdatədbirlərin təşkili planlaşdırılıb. Bu ilki festival çərçivəsindəhəmçinin ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adıaltında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədəözlərini nümayiş etdirməyə şans yaradılacaq.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai vəsiyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilkoperanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyisayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundanöncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı.Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru HüseynƏrəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski,Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər.İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda HacıZeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasıəsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil,həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bugündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəybir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910),“Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla”(1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır.“Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarınınsırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu”operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlugətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera vəbalet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası daolub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqiparçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir.Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzunillər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylininadı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üçpərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqilikomediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub.Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) vəbaşqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur.Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralarmusiqili komediya müxtəlif dillərə tərcümə olunaraqsəhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşınmal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib,100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfəekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqilikomediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssizfilm olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir.Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən buunudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş,kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləriyazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm dəsovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafətiçatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalqmusiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlifvəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalqmusiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylininmusiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gündə musiqi dərsliyi kimi istifadə edilir.
Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir HacıbəyliAzərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının vəmilli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycanmusiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıradigər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onunişıqlı xatirəsi mənsub olduğu xalqın qəlbində əbədi olaraq daimyaşayacaq.