EN

Paşinyan komandasını dəyişdirir

BAKI, 18 sentyabr. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sentyabrın 20-də keçiriləcək qurultayından sonra Nikol Paşinyan hökumətində kadr dəyişiklikləri olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Qurultaydan sonra hakimiyyətdə kadr dəyişikliyi mümkündür. Hakim partiyanın dairələri hesab edirlər ki, qurultay onların gələcəyə baxışını müəyyən edəcək, bununla seçkiqabağı kampaniyaya start veriləcək və Paşinyanın addımları da bu məntiqə uyğun olacaq.

Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyanın baş nazirin müavini təyin oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb. Onun Tiqran Xaçaturyan, yoxsa Mqer Qriqoryanı əvəz edəcəyi hələlik məlum deyil”, - nəşr bildirib.

Chosen
18
teleqraf.com

1Sources