EN

Danimarka xarici təhdidlərin qarşısını almaq üçün yüksəkdəqiqlikli silahlar alacaq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Danimarka müdafiə büdcəsinə etdiyi bir neçə illik ixtisarlarından sonra xarici təhdidlərin qarşısını almaq məqsədilə uzaqmənzilli yüksəkdəqiqlikli silahlar almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen bəyan edib.

Rusiya–Ukrayna müharibəsindən sonra yaranan ciddi çatışmazlıqları aradan qaldırmaq üçün bu il Danimarka müdafiə büdcəsini artırıb.

“Şübhə yoxdur ki, Rusiya hələ uzun illər Avropa və Danimarka üçün təhlükə yaradacaq”, – deyə Frederiksen jurnalistlərə bildirib. O, eyni zamanda vurğulayıb ki, Danimarkaya birbaşa hücum təhlükəsi yoxdur.

Müdafiə naziri Troels Lund Pulsen isə qeyd edib ki, alışa düşmən ərazisindəki hədəfləri məhv etməyə qadir raketlər və pilotsuz uçuş aparatları daxil ola bilər. O, hökumətin bu məqsəd üçün nə qədər vəsait ayıracağını və konkret hansı silahların alınacağını açıqlamayıb.

Qeyd edək ki, ötən həftə NATO üzvü olan Danimarka Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri üçün 58 milyard Danimarka kronu (9,2 milyard ABŞ dolları) xərcləyəcəyini bəyan edib. Bu, ölkənin tarixində ən böyük silah alışı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
4
azertag.az

5Sources