EN

Paşinyana qarşı impiçment nə dərəcədə realdır? - ŞƏRH

"Son zamanlar erməni müxalifəti Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başlatmaq istəyir. Lakin bununla nəyəsə nail ola bilməzlər". 

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, indiki halda onların belə bir şansı yoxdur:

"Çünki parlamentdə hələ də çoxluq hökumətdədir. Əgər çoxluq Paşinyan tərəfdə olmasa, müxalifət onu rahat şəkildə hakimiyyətdən uzaqlaşdıra bilər. Yəni sadəcə ona qarşı etibarsızlıq səsverməsi keçirməklə buna nail olmaq mümkündür. 

Bundan başqa, hökumətdə təmsil olunsaydılar, çəkilmələri ilə hökumət çökərdi. Bu yollarla rahata şəkildə hakimiyyəti elə keçə bilərdilər. İndiki vəziyyətdə isə reallıq tam başqadır, onların əllərində belə imkanlar yoxdur". 

382180

Ekspert qeyd edib ki, mövcud vəziyyətdə bunlar sadəcə siyasi hökumətlə mübarizədən başqa bir şey deyil:

"Əgər sizin parlamentdə yetərli qədər deputatınız yoxdursa, etibarsızlıq məsələsini gündəmə gətirməklə nəyə nail ola bilərsiniz ki? Yəni hansı şəkildə hökuməti yenidən formalaşdırmağa çalışırsınız? Siz necə mövcud baş naziri impiçment edə bilərsiniz? Parlamentdə belə səsə sahib olmadan hakimiyyətin dağılmasına və yenidən formalaşmasına cəhd etmək absurddur. Bütün bunların hədəfi Paşinyana təzyiq göstərməkdir".

Turab Rzayev hesab edir ki, sözügedən qüvvələrin arxasında Rusiya dayanmış ola bilər:

"8 avqustdakı Vaşinqton görüşü və Zəngəzur dəhlizinin açılması Rusiyanın narahat edir. Təsadüfi deyil ki, bu günlərdə həm Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, həm də İran rəsmiləri açıq şəkildə ABŞ-nin bölgəyə gəlməməli olduğunu və bunun zərərli ola biləcəyini deyirlər. 

Yəni Moskva və Tehran bu barədə mövqeyini bildirdi. İndi biz təxminən oxşar ssenarini Ermənistanda görürük. Ermənistanda da Rusiyaya bağlı olan keçmiş cinayətkar "Qarabağ klanı" kimi qüvvələr müəyyən şəkildə Paşinyana təzyiq edib, hakimiyyəti ələ keçirməyə çalışırlar".

Pərviz

Chosen
16
hit.az

1Sources