EN

Lukaşenko istefa verir?- Özü açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko dövlət başçısı vəzifəsini gələcəkdə əvəz edə biləcək şəxslərin namizədliyini nəzərdən keçirdiyini açıqlayıb. O, bu barədə BelTA dövlət agentliyinə müsahibəsində danışıb.

Lukaşenko bildirib ki, qadınlara hörmətlə yanaşır, lakin hazırda Belarusda prezident ola biləcək qadının mövcudluğuna şübhə edir:
“Mən qadınlara hədsiz hörmət edirəm və əgər indi prezident ola biləcək bir qadın olsaydı, xoşbəxt olardım. Amma prezidentlik çox çətin və böyük məsuliyyət tələb edən işdir”, – deyə Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət ölkə rəhbərindən xüsusi güc və sərtlik tələb edir:
“Mənim fikrimcə, indiki şəraitdə prezident barıt iyi almış bir kişi olmalıdır. Qadına isə bu gün belə ağır yükü daşımağı arzulamazdım”, – deyə Belarus lideri əlavə edib.

Lukaşenko həmçinin vurğulayıb ki, potensial namizədləri diqqətlə izləyir, lakin hər kəsin bu vəzifəyə uyğun olmadığını düşünür.

Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidenti postunu tutur.

Chosen
13
veteninfo.az

1Sources