1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünyanın ən məşhur şoularından biri olan "Jimmy Kimmel Live!" qeyri-müəyyən müddətə dayandırılıb. Səbəb isə aparıcı, komediya ustası Cimmi Kimmelin amerikalı aktivist Çarli Kirkin qətli ilə bağlı söylədiyi şərhlər olub.
Oxu.Az xəbər verir ki, bu barədə şounun yayımlandığı ABC telekanalının nümayəndəsi açıqlama verib.
Bundan başqa, ABŞ-də ən çox televiziya stansiyasına sahib olan "Nexstar" şirkəti də Kimmellə əməkdaşlığı dayandırdığını bildirib.
Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp da "Truth Social" şəbəkəsində paylaşım edərək qərarı alqışlayıb:
"ABC-ni nəhayət lazım olan addımı atmaq üçün cəsarət tapdıqlarına görə təbrik edirik", - deyə o qeyd edib.