EN

UEFA Çempionlar Liqasında I tura bu gün yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının I turunun son oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, gün ərzində ümumilikdə 6 görüş baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gələcək. “Barselona” isə İngiltərədə “Nyukasl Yunayted” komandasının qonağı olacaq.

Qazaxıstan təmsilçisi “Kayrat” səfərdə “Sportinq” qarşısında xal qazanmağa çalışacaq.

Günün mərkəzi oyunu isə Mançesterdə keçiriləcək. Burada yerli “Mançester Siti” İtaliya nəhəngi “Napoli” ilə qarşılaşacaq.

Qeyd edək ki, II turun oyunlarına oktyabr ayının 1-də start veriləcək.

"Brüqqe" - "Monako"
"Kopenhaqen" - "Bayer Leverkuzen"
"Ayntraxt" - "Qalatasaray"
"Mançester Siti" - "Napoli"
"Nyukasl Yunayted" - "Barselona"
"Sportinq" - "Kayrat"

Chosen
14
1
ikisahil.az

2Sources