EN

Məşhur serialda Azərbaycana edilən hörmətsizlik HİDDƏT DOĞURUR

 “Kızılcık Şerbeti” serialında “Ay saçı burma” mahnısının istifadə olunduğu səhnə və ardınca gələn soyunma görüntüləri Azərbaycanda böyük etirazla qarşılanıb.

İzləyicilər səhnəni Azərbaycan dilinə və mədəniyyətinə hörmətsizlik kimi qiymətləndirərək sosial mediada sərt tənqidlər yazıblar.

Serialda Asil obrazının Azərbaycan xalq musiqisində çox sevilən “Ay saçı burma” mahnısını yüksək səslə ifa edərək həyətdə əylənən kütləni dağıtmağa çalışıb və ardınca soyunub.

Bu səhnəyə sosial şəbəkələrdə “mahnımızla əxlaqsızca rəqs edirlər”, “Azərbaycanın ən sevilən türküsünə lağ edirlər”,” Azərbaycan musiqisini belə təqdim etməyiniz biabırçılıqdır, ayıbdır” kimi rəylər gəlib.

Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı News365.az -a açıqlamasında deyib ki, bir türk serialında dilimizi, musiqimizi ələ salıblar, bizim insanlar isə təhqiri, rişxəndi, alçatmanı sosial şəbəkələrdə paylaşıb öyünür:

“Bu nə natamamlıq duyğusudur insanlarda? Bu qədər zəngin mədəniyyəti, bu qədər dərin tarixi olan bir ölkənin insanları bununla niyə qürrələnsin ki? İnsanları bir tərəfə qoyuram, xəbər səhifələri, saytların sosial şəbəkə hesabları belə o söyüş kimi səhnəni paylaşıb fəxr edir. Yəni zəka hamıda eyni vaxtda geriləyib?”

News365.az

Chosen
11
news365.az

1Sources