EN

Vaşinqton yorulub: Avropalı müttəfiqlər Rusiyadan neft alır, amma sanksiya tələb edirlər

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitəker bəyan edib ki, Avropa ölkələri Rusiyadan hələ də neft alarkən Vaşinqtondan sanksiyaları sərtləşdirməyi tələb etməyə haqları yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, müttəfiqlər bütün problemlərin həllini ABŞ-ın üzərinə yükləyə bilməzlər.

Daha əvvəl Avropa İttifaqı Rusiyaya qarşı təzyiqin artırılmasını istəmişdi, lakin Donald Tramp cavabında Brüsseli Rusiyadan neft idxalını dayandırmağa, ticarət tarifləri tətbiq etməyə və dondurulmuş aktivlərdən istifadə etməyə çağırmışdı.

Tramp bildirib ki, yalnız bütün NATO ölkələri vahid mövqedən çıxış edərək Rusiyadan enerji resurslarının idxalını tam dayandıracağı halda, ABŞ sərt sanksiyaları dəstəkləməyə hazır olacaq.

Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources