EN

Əbdül Xalid: "İnsanlar bir müddət birlikdə yaşayır, sonra ailə qururlar"

Müğənni Əbdül Xalid qalmaqallı açıqlaması ilə müzakirələrə səbəb olub.

Far.Az xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan ifaçı cütlüklərin evlənmədən bir evdə yaşamasının vacib olduğunu bildirib. Xalid bildirib ki, belə olsa onlar bir-birini daha yaxşı tanıyar.

"Çalışın gec evlənin. Sevməkdən çox ağlla ailə qurun. Biz qərbdə görürük insanlar bir müddət birlikdə yaşayır, uyğunlaşır sonra ailə qururlar. Çünki bəzən kənarda hər kəs çox gözəl olur. Lakin bir evə girəndə tamam fərqli problemlər yaranır. Ona görə insanlar bir-birini daha dərindən tanımalıdırlar" -deyə, o vurğulayıb.

İfaçının bu sözləri isə aparıcı İsa Şükürovu əsəbiləşdirib.

O sənətçiyə etiraz edərək nigahsız ailə qurmağın xoş hal olmadığını vurğulayıb.

Verilişdən sözügedən görüntüləri təqdim edirik:

Chosen
41
1
far.az

2Sources