EN

"Azeri Light" neftinin qiyməti 70,76 dollaradək yüksəlib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,11% artaraq 70,76 ABŞ dollarına çatıb. 

Hərrac nəticələrinə əsasən, "Brent" markalı neftin noyabr fyuçersləri 68,31 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB (Free on Board) bazasında "Azeri Light" neftinin bir bareli 0,08 dollar və ya 0,11% bahalaşaraq 69,23 ABŞ dolları olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Tarixi maksimum və minimum göstəricilərə gəlincə, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65% paya malikdir.

Chosen
24
49
anews.az

10Sources