EN

Ulduz aktyorun oğluna vəzifə verdilər - moda evində direktor...


Məşhur aktyor Uill Smitin oğluna vəzifə verilib. Dünyaca məşhur "Christian Louboutin" moda evi aktyor-reper Ceyden Smitin kişi geyim xəttinin ilk kreativ direktoru təyin edildiyini elan edib.

C. Smit öz ilk kolleksiyasını 2026-cı ilin yanvarında Parisdə keçiriləcək kişi moda həftəsində təqdim edəcək. O, ildə dörd kolleksiya üzərində çalışacaq. Buraya ayaqqabılar, aksesuarlar, dəri məmulatları, eləcə də brendin reklam kampaniyaları və xüsusi layihələri daxildir.

Mətləb

Chosen
20
1
baki-xeber.com

2Sources