EN

AİB Azərbaycanın iştirakı ilə özəl sektorun töhfələrinin artırılması üzrə layihənin icrasına başlayıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi “Özəlsektor əməliyyatlarında inkişaf təsirinin dərinləşdirilməsi” adlıtexniki yardım layihəsinin icrasına başladığını elan edib,

Bu barədə Trendbanka istinadən xəbər veirr.

AİB-in Xüsusi Texniki Yardım Fondundan 2,19 milyon dollarməbləğində maliyyələşdirilən təşəbbüs rəsmi olaraq icra mərhələsinəkeçib.

Layihə inkişaf etməkdə olan AİB üzv ölkələrində layihələrinkeyfiyyətinin artırılması yolu ilə özəl sektorun inkişafa töhfəsinimaksimumlaşdırmağa yönəlib. AİB-2030 Strategiyasına uyğun olaraqtexniki yardım ərzaq təhlükəsizliyi problemlərinin həllinə,rəqəmsal uçurumun azaldılmasına, dayanıqlı enerji sistemlərinininkişafına və iqlim dəyişikliklərinə dayanıqlığın artırılmasınafokuslanacaq.

Proqramın əsas istiqamətlərinə daxildir:

  • yüksək təsirə malik özəl sektor investisiyalarınıstimullaşdırmaq üçün layihə portfelinin inkişafı vəlayihələndirmənin təkmilləşdirilməsi;
  • inkişaf sahəsində daha yüksək nəticələrin əldə olunması üçünlayihələrin icra səmərəliliyinin artırılması
  • özəl sektor vasitəsilə inkişaf təsirinin qiymətləndirilməsinintəkmilləşdirilməsi və bilik mübadiləsinin gücləndirilməsi.

Azərbaycanla yanaşı, layihə AİB üzv ölkələrinin geniş çevrəsiniəhatə edir: Əfqanıstan, Ermənistan, Banqladeş, Butan,Bruney-Darüssəlam, Kamboca, Kuk adaları, Fidji, MikroneziyaFederativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan,Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları,Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin,Papua-Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları,Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa,Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.

Chosen
15
1
az.trend.az

2Sources